Top.Mail.Ru

İDMAN

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Report”a açıqlamasında məlumatı təsdiqləyib: “Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button