Top.Mail.Ru

İDMAN

“Neftçi” Namik Ələskərov və “Bursaspor”la bağlı hüquqi proseslərə başlayır

“Neftçi”nin futbolçusu Namik Ələskərovun Türkiyənin “Bursaspor” klubu ilə müqavilə imzalaması ilə bağlı bəyanat yayıb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatı təqdim edir: “Neftçi” futbolçumuz Namik Ələskərovun “Bursaspor”la rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas götürərək, “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib”.

Mənbə
KAİM.az

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button