Top.Mail.Ru

İDMAN

Aftandil Hacıyev: “Rəhbərlik ilk qələbəyə görə mükafat söz verib”

“İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı qarşılaşma alındı. “Sabah”la səfər matçının ağır olacağını bilirdik”.

“Report”un məlumatına görə, bunları “Səbail”in baş məşqçisi Aftandil Hacıyev səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis heyətin tam komplektləşmədiyini bildirib: Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Heyətimizə yeni oyunçular cəlb etmişik. Bu oyunu unudub, növbəti matça köklənməliyik”.

Loading...
Yazının davamı reklamdan sonra

O, qələbəyə görə mükafat veriləcəyini istisna etməyib: “Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq”.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button