Top.Mail.Ru

İDMAN

Qurban Qurbanov: “Heyətimizdə problemlər var idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.

KAİM.az xəbər verir ki, onun fikirlərini “Qarabağ”ın rəsmi “Facebook” hesabı yayımlayıb.

“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik,  amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir”, – deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin ilk oyununda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına 0:1 hesabı ilə məğlub olub.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button