Top.Mail.Ru

İDMAN

Stiven Qlass: “Bunlara reaksiya verməsək Bakıda da məğlub olacağıq”

“Bu məğlubiyyətdən dərs çıxarmalıyıq”.

“Report”un məlumatına görə, bunu Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Liqa Kubokunda “Reyt Rovers”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra “Premier Sports”a açıqlamasında deyib.

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan 45 yaşlı mütəxəssis hesabda önə keçdikdən sonra oyuna nəzərət edə bilmədiklərini söyləyib: “Düşünürəm ki, önəmli olan komandamın buna reaksiyasıdır. Əgər reaksiya verməsək Bakıda da məğlub olacağıq”.

Loading...
Yazının davamı reklamdan sonra

Qlass matçda zədələnən Rayan Hedjes və Conni Heyzin durumunun yaxşı olmadığını bildirib: “Ümid edirəm ki, zədələri ciddi olmayacaq”.

Qeyd edək ki, “Qarabağ” və “Aberdin” arasında ilk oyun avqustun 19-da, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button