Top.Mail.Ru

İDMAN

“Neftçi” “Makkabi” ilə oyunun biletlərini satışa çıxarır

“Neftçi” Bakıda İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletləri sabah saat 12:00-da satışa çıxaracaq.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 10:00-dan 21:00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 19-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyunu saat 21:00-da başlayacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button