Top.Mail.Ru

İDMAN

İngiltərəli futbolçu: “Qarabağ”la oyun səhvləri düzəltmək üçün yaxşı fürsətdir”

“Cümə axşamı günü bizi böyük oyun gözləyir. Səbirsizliklə bu matçı gözləyirik”.

“Report”un məlumatına görə, bunu Şotlandiyanın “Aberdin” komandasının futbolçusu Cey Emmanuel-Tomas yerli mətbuata açıqlamasında Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının ilk oyunu barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, Ağdam klubu ilə qarşılaşma bəzi səhvləri düzəltmək üçün yaxşı fürsət olacaq: “Bəzi nəyisə dəyişmək mümkün olmur. Səhvləri isə düzəltmək öz əlimizdədir. Bu istiqamətdə növbəti addım 3 gündən sonra olacaq. Ümid edirəm ki, hər şeyi qaydasına sala biləcəyik”.

Loading...
Yazının davamı reklamdan sonra

Təcrübəli oyunçunun sözlərinə görə, Avropada oynamaq bir çox oyunçu üçün həlledici amildir: “Şəxsən mənim üçün səfərdə yaxşı nəticə qazanmaq böyük uğur olardı. İnanıram ki, hamımız əlimizdən edəcəyik”.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 20:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button