Top.Mail.Ru

İDMAN

Belçikalı hücumçu koronavirusa görə Azərbaycanla oyunu buraxacaq

Qadın voleybolçulardan ibarət Belçika millisi Azərbaycana qarşı Avropa çempionatının ilk oyunu öncəsi ciddi itki ilə üzləşib.

“Report”un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Gent Bande Bruk “sporza” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, komandanın əsas hücumçusu Kayya Qrobelna koronavirusa yoluxub: “Son 3 həftədə 4 voleybolçumuzun test nəticəsi müsbət çıxdı. Onların üçü sıraya qayıtsa da, Qrobelna xəstəliyi çox ağır keçirir. Avropa çempionatında komandamıza kömək edə bilməyəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Bruk Azərbaycanla görüşə də toxunub: “Bundan sonra nəticələrə yox, prosesə baxmalıyıq. Hədəfimiz tezliklə əvvəlki səviyyəmizi bərpa etməkdir. Bunun üçün çox çalışmalıyıq. Çünki Azərbaycana qarşı açılış matçımız var. Turnirə yaxşı başlamaq həmişə vacibdir”.

Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri Belçika ilə yanaşı, ev sahibi Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Avqustun 20-də keçiriləcək Azərbaycan – Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button