Top.Mail.Ru

İDMAN

“Neftçi”nin yarımmüdafiəçisinin durumuna aydınlıq gəlib

“Qəbələ”yə qarşı Azərbaycan Premyer Liqasının ilk turunun oyununda meydana çıxmayan “Neftçi”nin futbolçusu Sabir Buqrinin durumuna aydınlıq gəlib.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin “Report”a verdiyi məlumata görə, qızdırması olduğu üçün matçı buraxan Mərakeş əsilli belçikalı yarımmüdafiəçidən bu gün növbəti dəfə koronavirus testi götürülüb.

Allahverdiyevin sözlərinə görə, ikinci analizin də nəticəsi mənfi çıxıb və 25 yaşlı oyunçuda virus aşkarlanmayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button