Top.Mail.Ru

İDMAN

“Roma” “Çelsi”nin hücumçusunu TRANSFER EDİB

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

KAİM.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Çelsi” klubunun hücumçusu Temmi Abraham transfer edilib.

İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb. “Canavarlar” 24 yaşlı forvard üçün qarşı tərəfə 40 milyon avro ödəyib. Məbləğ müxtəlif bonuslar səbəbindən arta bilər. “Zadəganlar” Abrahamın gələcək satışından da pay alacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Temmi Abraham 2016-cı ildən “Çelsi”də çıxış edir. 2019-cu ilədək müxtəlif klublara icarəyə verilən hücumçu London təmsilçisinin heyətində 82 oyuna çıxıb və 30 qol vurub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button