Top.Mail.Ru

İDMAN

Azərbaycan millisinin voleybolçusu: “Psixoloji cəhətdən güclü olmalıyıq”

“Komandamızın Avropa çempionatına hazırlıq mərhələsi başa çatdı. Bir neçə gündən sonra çempionatın ilk matçına çıxacağıq”.

KAİM.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Olena Xarçenko qarşıdakı Avropa çempionatı barədə danışarkən deyib.

26 yaşlı blokçu bildirib ki, yığma iki ay ərzində ciddi təlim-məşq toplanışı və yoxlama oyunları keçirib: “Təəssüflər olsun ki, mən hazırlıq mərhələsinin əvvəlindən komandamızın məşqlərində iştirak edə bilməmişəm. Bildiyiniz kimi, bir müddət əvvəl Bosniya və Herseqovinada təşkil olunan təlim-məşqlərə qatıldım. Çünki həkimin tapşırığı ilə dizimdə keçirdiyim əməliyyata görə klub mövsümü başa çatdıqdan sonra 3-4 ay fiziki məşqlər etməli idim. Məhz bu səbəbdən avqust ayından komandamızın məşqlərinə qoşula bildim. Məşqlərə başladığım ilk gündən çalışıram öz əvvəlki formamı tezliklə bərpa edim və Avropa çempionatında komandamıza kömək edə bilim”.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, idmançı üçün əsas amillərdən biri də psixoloji hazırlıqdır: “Psixoloji cəhətdən güclü olmalıyıq. Çünki qarşıda bizi gərgin oyunlar gözləyir. Güclü komandalarla bir qrupda mübarizə apacağıq. Amma voleybolda oyundan öncə fikir bildirmək çox çətindir. Ən əsas da qadın voleybolçuların yarışlarında nəticə çox zaman gözlənilməz olur. Hər bir matçda sona kimi mübarizə aparmalıyıq. Bu gün komandamızda gənc oyunçular var. Belə mötəbər yarışda çıxış etmək və təcrübə toplamaq hər bir voleybolçunun arzusudur”.

Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq.

Komandanın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Oyunların təqvimi

20 avqust
19:00. Azərbaycan – Belçika
21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
19:00. Rusiya – Azərbaycan
24 avqust
22:00. Azərbaycan – Serbiya
25 avqust
19:00. Fransa – Azərbaycan

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button