Top.Mail.Ru

İDMAN

“Sabah” xorvatiyalı futbolçu ilə müqavilə BAĞLAYIB

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

KAİM.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

Periçiç karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/2013), “Solin” (2013/2014), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/2015), “Çibaliya” (2017/2018), Sloveniyanın “Mura” (2018/2019) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

Loading...
Yazının davamı reklamdan sonra

Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button