Top.Mail.Ru

İDMAN

“Bavariya” 9-cu dəfə Almaniya Super Kubokunun QALİBİ OLUB

Almaniya Super Kuboku uğrunda həlledici matçda “Borussiya” (Dortmund) “Bavariya”nı qəbul edib.

KAİM.az xəbər verir ki, görüş Dortmundda “Siqnal İduna Park” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 41-ci dəqiqədə açılıb – Robert Levandovski fərqlənib. Bundan 8 dəqiqə sonra hücumçu Tomas Müller Levandovskinin ötürməsi ilə Münhen komandasının hesabdakı üstünlüyünü artırıb. Matçın 64-cü dəqiqəsində “Borussiya”nın hücumçusu Marko Roys hesab arasındakı fərqi azaldıb. Lakin bu da son olmayıb – 74-cü dəqiqədə Levandovski dubl edərək, görüşdə son nöqtəni qoyub.

Loading...
Yazının davamı reklamdan sonra

Beləliklə, “Bavariya” Almaniya Super Kubokunun qalibi olub. Münhen klubu qazandığı kubokların sayına görə liderdir — “Bavariya”nın hesabında Almaniyanın doqquz Super Kuboku var.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button