İDMAN
“Qalatasaray” komanda yoldaşını vuran futbolçunu heyətə DAXİL ETMƏYİB

Türkiyənin “Qalatasaray” klubu Danimarka “Randers”inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün heyətini açıqlayıb.
KAİM.az İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, “23-lük”də braziliyalı müdafiəçi Markao yer almayıb.
25 yaşlı oyunçu Türkiyə Super Liqasının I turunda “Giresunspor”u 2:0 hesabı ilə məğlub etdikləri matçda komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vurub.
Loading...
Yazının davamı reklamdan sonra
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Qalatasaray” – “Randers” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə
KAİM.az