Top.Mail.Ru

İDMAN

Azərbaycanlı güləşçi Ukrayna Prezidenti ilə görüşündən YAZIB

“Hörmətli prezident Vladimir Aleksandroviç Zelenskinin qəbulunda olduq. Sizinlə şəxsən tanış olmaq mənim üçün böyük şərəf idi”!

KAİM.az-ın məlumatına görə, bunu ötən gün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov feysbuk səhifəsində yazıb.

23 yaşlı idmançı səmimi qəbula və zəhmətinə layiqli qiymət verildiyinə görə Zelenskiyə təşəkkürünü bildirib: “İnanıram ki, sizin sayənizdə ölkəmizin parlaq gələcəyi və firavanlığı təmin ediləcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Ukraynanı təmsil edən Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button