Top.Mail.Ru

İDMAN

“Neftçi”nin prezidenti: “Namik Ələskərovun gedişini qəbul edə BİLMİRƏM”

“Namiki 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələskərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt “Bakı”nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik”.

KAİM.az-ın məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev klub televiziyasına müsahibəsində Namik Ələskərov Türkiyənin “Bursaspor” komandasına keçidi ilə bağlı yaranmış qalmaqal barədə danışarkən deyib.

Funksioner bildirib ki, Ələskərov artıq Artıq uşaq deyil: “Özünün övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən “Neftçi”yə yeni gələndə Namikin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməyinə imkan vermədik. Çünki o da komandaya xeyir verdi. Namikə hər zazaman dəstək olmuşuq.Ötən mövsüm Ələskərovun karyerasının zirvəsi idi”.

Loading...
Yazının davamı reklamdan sonra

Quliyev 26 yaşlı yarımmüdafiəçinin gedişinə insan olaraq, heyfisləndiyini söylləyib: “Klub prezidenti kimi isə bunu qəbul edə bilmirəm. Çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə heç bir təklif gəlməyib. Bu, tamamilə yanlış informasiyadır”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button