Top.Mail.Ru

İDMAN

“Neftçi”nin prezidenti: “Bizə lazım olan hücumçunu TAPMAMIŞIQ”

“Biz 40-a yaxın veterana müavinat ödəyirik. Mən hesab edirəm ki, bu, bizim mənəvi borcumuzdur. Həmin 40 nəfərdən cəmi 3 və ya 4-ü bizi çempionluq münasibəti ilə təbrik etdi”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Funksioner həmin şəxslərdən birinin dünyasını dəyişmiş Səmədağa Şıxlarov olduğunu bildirib: “Amma “Neftçi”nin axsamağını gözləyirlər. Komanda “Olimpiakos” kimi rəqibə qarşı bərabər futbol oynadı. Neçəsi çıxıb təriflədi? Mənə – klub rəhbəri Kamran Quliyevə bu, lazım deyil. Futbolçulara lazımdır. İctimaiyyət eşitməlidir ki, çətin gündə “Neftçi”nin arxasında kimlər var”.

Loading...
Yazının davamı reklamdan sonra

Quliyev “Türk Hava Yolları Futbol Mərkəzi”ndəki əsas binanın fasad işlərinin tamamlandığını sözlərinə əlavə edib: “Sadəcə, binanın içində olan işlər qalıb. Biz hər qəpiyə, dövlətin ayırdığı hər vəsaitə lazım olanda qənaət edirik, lazım olanda xərcləyirik. Bütün bunlar planlaşdırılmış, təsdiqlənmiş şəkildə olur və sonra hər şeyin hesabatını veririk. Biz həmişə sağlam tənqidə razıyıq. Sadəcə, ictimaiyyət hər şeyi faktlarla bilməlidir. Transfer məsələlərini də həmçinin. Biz bu il daha çox vəsait ayırmışıq”.

Funksioner bəzi transferlərin gecikməsinin səbəbini də açıqlayıb: “Hamı deyir ki, “Neftçi” hücumçusuz oynayır. Hücumçunun bu günə kimi gəlməməyi… Mən heç vaxt o biri klubları misal kimi gətirmək istəmirəm. Amma baxın görək digər klublardan neçəsi hücumçu gətirib. Azərbaycana keyfiyyətli futbolçu gətirmək gündən-günə çətinləşir. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Daha əvvəl ölkədə futbola daha çox vəsaitlər ayrılırdı. Biz avrokuboklardan gələn vəsaiti komandanın ixtiyarına vermişik. Bu günə kimi hücumçu və başqa mövqeyə futbolçu gəlməyibsə, inanın ki, deməli hələ lazım olanı tapmamışıq. Seleksiya şöbəsi 200-dən çox oyunçuya baxıb. Bəzən transferlərin reallaşmamasında əsas səbəb kimi Kamran Quliyev göstərilir. Mən özüm haqqında o qədər şayiələr, dedi-qodular eşitmişəm. Bunlara fikir vermirik. Narahatlığı olan insanları başa düşmək olar. Bu, normal şeydir. Dedi-qodular da onları ciddiyə alıb, oxuyanlar üçündür”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button