Top.Mail.Ru

İDMAN

İsrailli futbolçu: “Bakıdan sərfəli nəticə ilə qayıtmaq İSTƏYİRİK”

“Sabahkı matç çox çətin olacaq. Amma hazırda öz oyunumuz haqqında fikirləşirik. Düşünürəm ki, hazırda önəmli olan budur. Yaxşı nəticə qazanmağa çalışacağıq”.

KAİM.az-ın məlumatına görə, bunu İsrailin “Makkabi” (Hayfa) komandasının futbolçusu Məhəmməd Abu Fani Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, bu cütün favoriti yoxdur: “Özümüzü favorit saymıram. İki oyun olacaq. “Neftçi” bura gəlib çatıbsa, deməli, bizimlə eyni səviyyədədir. Meydanda ən yaxşı oyunumuzu sərgiləmək istəyirik. Bakıdan sərfəli nəticə ilə qayıtmaq fikrindəyik”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 19-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) görüşü saat 21:00-da başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button