Top.Mail.Ru

İDMAN

“Neftçi”nin müdafiəçisi: “İsrailə sərfəli nəticə ilə gedəcəyimizə ÜMİD EDİRƏM”

“Sabahkı oyunun çətin olduğunu bilirik. Meydana qələbə üçün çıxacağıq. Matça çox yaxşı hazırlaşmışıq”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin müdafiəçisi Mert Çelik İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunun əvvəl mətbuat konfransında deyib.

21 yaşlı müdafiəçi rəqibin kimliyinin önəmli olmadığını söyləyib: “Sabah öz meydanımızda oynayacağıq. Ümid edirəm ki, səfərə sərfəli nəticə ilə gedəcəyik”.

Loading...
Yazının davamı reklamdan sonra

Mert Çelik hər gün özünü inkişaf etdirməyə çalışdığını vurğulayıb: “Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm”.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button