Top.Mail.Ru

İDMAN

Samir Abasov: “Makkabi” əvvəlki rəqiblərimizə nisbətən DAHA ÇƏTİNDİR”

“Sabahkı oyunun çətinliyi və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacardığımızı meydanda qoymaq istəyirik”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Samir Abasov İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Hayfa təmsilçisinin çox çətin rəqib olduğunu bildirib: “Əvvəlki rəqiblərimizə nisbətən “Makkabi” daha çətindir. Heyətdə təhlükəli oyunçuları çoxdur. Lakin biz bunu hazırıq. İnanıram ki, əlimizdən gələni edəcəyik”.

Loading...
Yazının davamı reklamdan sonra

Abasov müəyyən məqamların onları narahat etdiyini sözlərinə əlavə edib: “Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən, proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Oyuna nə qədər hazır olacaqlarını bilmirəm. Sabir Buqrin və Sezar Meza Kolli sabah meydanda olacaq. Hər şeyi oyunda görəcəyik. Huqo Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Ehtiyat oyunçular skamyasında yer ala bilər. Çox güman ki, oynamayacaq”.

Qeyd edək ki, avqustun 19-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) görüşü saat 21:00-da başlayacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button