Top.Mail.Ru

İDMAN

“Aberdin”in baş məşqçisi “Qarabağ”ın heyətində 4 futbolçunu FƏRQLƏNDURUB

“Qarabağ”ı təhlil etmişik. Avropada kifayət qədər məşhurdur. Sabah bizi möhtəşəm oyun gözləyir”.

KAİM.az-ın məlumatına görə, bunu Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda hər iki komandanın şansları eynidir. “Qarabağ”a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibin son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var”.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, “Qarabağ” Avropada tanınan komandadır: “Aberdin” də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və bu, Şotlandiyada olacaq”.

Qlass Bakıdakı isti havadan şikayətlənib: “Hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam olacaq”.

Mütəxəssis “Qarabağ”ın heyətində 4 futbolçunu fərqləndirib: “Abdullah Zubirlə yanaşı, Kadi Borqes, Filip Ozobiç və Ramil Şeydayevi qeyd edə bilərəm”.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” oyunu saat 21:00-da başlayacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button