Top.Mail.Ru

İDMAN

“Aberdin” rəsmisi Respublika stadionunun ot örtüyünə görə UEFA-nı TƏNQİD EDİB

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Şotlandiya “Aberdin”inin idarə heyətinin sədri Deyv Kormak UEFA-nı tənqid edib.

KAİM.az-ın məlumatına görə, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün fotosunu şəxsi tvitter səhifəsində paylaşan klub rəsmisi qitə futbol qurumuna narazılığını bildirib.

“UEFA belə bir meydançaya necə oyun sala bilər? Ot örtüyünün üst hissəsi asanlıqla qopur. Halbuki, Bakıda hava limanından gələrkən yolumuzun üstündə çox gözəl yeni stadion (Bakı Olimpiya Stadionunu nəzərdə tutur – E.S) var. Bəlkə biz də öz cavab matçını həvəskar komandaya məxsus “İnverdi” İdman Kompleksinin arenasında keçirək?” – o yazıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 19-da oynanılacaq “Qarabağ” – “Aberdin” görüşü saat 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 26-da Şotlandiyada olacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button