Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: Meydan sahibləri qələbə QAZANIBLAR

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər 3 oyunu keçirilib.

KAİM.az-ın məlumatına görə, hər 3 qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

“Benfika” Portuqaliyada Niderlandın PSV klubunu 2:1 hesabı ilə məğlub edib. “Yanq Boyz” İsveçrədə Macarıstan “Ferentsvaroş”una qalib gəlib – 3:2.

Loading...
Yazının davamı reklamdan sonra

İsveç “Malmö”sü isə doğma meydanda Bolqarıstan “Lüdoqorets”indən güclü olub – 2:0.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. “Benfika” (Portuqaliya) – PSV (Niderland) – 2:1

Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 – Kodi Qakpo, 52

23:00. “Malmö” (İsveç) – “Lüdoqorets” (Bolqarıstan) – 2:0

Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

23:00. “Yanq Boyz” (İsveçrə) – “Ferentsvaroş” (Macarıstan) – 3:2

Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 – Frank Boli, 14; 82

Qırmızı vərəqə: Silvan Hefti, 25 (“Yanq Boyz”)

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 24 və 25-də oynanılacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button