Top.Mail.Ru

İDMAN

Avropa Liqası: “Seltik” evdə inamlı qələbə QAZANIB

UEFA Avropa Liqasında pley-off mərhələsinin daha bir oyunu keçirilib.

KAİM.az-ın məlumatına görə, günün yeganə görüşündə “Seltik” Şotlandiyada Niderlandın AZ klubu ilə qarşılaşıb. “Seltik Park” stadionundakı matç Qlazqo təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol birinci hissədə vurulub. 12-ci dəqiqədə Kyoqo Furuhaşi meydan sahiblərini önə çıxarıb. Oyunda son nöqtəni isə 61-ci dəqiqədə Ceyms Forrest qoyub.

Loading...
Yazının davamı reklamdan sonra

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

23:45. “Seltik” (Şotlandiya) – AZ (Niderland) – 2:0

Qollar: Kyoqo Furuhaşi, 12, Ceyms Forrest, 61

Qeyd edək ki, ilk oyun günündə Serbiyanın “Srvena Zvezda” komandası evdə Rumıniya ÇFR-ni darmadağın edib – 4:0. Pley-off mərhələsinin digər 8 görüşü bu gün baş tutacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button