Top.Mail.Ru

İDMAN

IPC rəhbəri: “Əfqanıstanlı idmançıları Tokioya aparmağın təhlükəsiz YOLU YOXDUR”

Əfqanıstandakı idmançılar Yay Paralimpiya Oyunları üçün Yaponiyanın paytaxtı Tokioyaya gedə bilməyəcək.

KAİM.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsons mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, paralimpiyaçılar ölkədəki gərgin vəziyyət səbəbindən Tokioya səfər edə bilməyəcək: “Əfqanıstan Paralimpiya Komitəsi ilə əlaqə saxlayırıq. Hazırda bu ölkənin idmançılarını Tokioya gətirmək üçün təhlükəsiz yol yoxdur. Eyni zamanda, beynəlxalq təşkilatlarla işləməyə davam edirik. Əgər onları Yaponiyaya təhlükəsiz şəkildə çatdırmaq mümkün olsa, bunu edəcəyik”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Yay Paralimpiya Oyunlarında Əfqanıstanın iki idmançısı iştirak etməli idi. Paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button