Top.Mail.Ru

İDMAN

Belçikalı voleybolçu: “Azərbaycan millisini qiymətləndirməmək OLMAZ”

“Hazırlıq planlaşdırdığımız kimi getmədi. Avropa çempionatını aparıcı hücumçumuz Kayya Qrobelnasız başa vurmalıyıq. Əlbəttə, təslim olmamışıq. Mümkün qədər yaxşı məşq etmişik və turnirə yüksək əhval-ruhiyyədə başlayacağıq”.

KAİM.az-ın məlumatına görə, bunu Belçika millisinin voleybolçusu Manon Streycer “hln.be” saytına açıqlamasında Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının A qrupunun ilk oyunu barədə danışarkən deyib.

22 yaşlı oyunçu bildirib ki, turnirə çətin qarşılaşma ilə start verəcəklər: “Normal səviyyəmizə çatsaq, Azərbaycanı, Bosniya və Herseqovinanı, həmçinin Fransanı məğlub edə bilərik. İlk oyun olduqca vacibdir. Millətlər Liqasında ritmimizi və oyun səviyyəmizi ən qısa zamanda tapmalıyıq. Rəqibə hörmətlə yanaşırıq. Onları qiymətləndirməmək olmaz”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, avqustun 20-də keçiriləcək Azərbaycan – Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Yığmanın A qrupundakı rəqibləri Belçika ilə yanaşı, ev sahibi Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina olacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button