Top.Mail.Ru

İDMAN

Azərbaycan millisinin voleybolçusu: “Azarkeşləri sevindirməyə ÇALIŞACAĞIQ”

“Bildiyiniz kimi avqustun 18-də Avropa çempionatı start götürüb. Bizim ilk matçımız isə avqustun 20-də Belçika millisinə qarşı olacaq. Çempionata hazırlıq mərhələmiz geridə qalıb. Bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir”.

KAİM.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko qarşıdakı Avropa çempionatı barədə danışarkən deyib.

28 yaşlı oyunçu iki aylıq hazırlıq mərhələsində fiziki, texniki, taktiki məşqlərlə bərabər, yoxlama görüşləri keçirdiklərini və bir turnirdə iştirak etdiklərini bildirib: “Yoxlama matçlarının və Macarıstanda təşkil olunan “Savaria” turnirinin komandamıza çox böyük təsiri oldu. Biz qarşılaşmalar zamanı gördük ki, daha çox nələrə diqqət etməli və nələrin üzərində daha çox işləməliyik. Ciddi və gərgin hazırlıq prosesində məşqlər zamanı mənim və bəzi voleybolçularımızın zədələri oldu. Fiziki məşqçimiz və həkimimiz sayəsində bu zədələri qısa zamanda aradan qaldırmağa çalışdıq. Bu gün artıq hər şey geridə qalıb”.

Loading...
Yazının davamı reklamdan sonra

Stepanenko qitə yarışında var gücləri ilə çıxış etməli olduqlarını söyləyib: “Bəli, güclü rəqiblərimiz var. Amma biz öz oynumuzu oynamalıyıq. Gözəl və səhvsiz oyunla bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Qrupda həmçinin Bosniya və Herseqovina, Rusiya, Fransa və Serbiya yığmaları da yer alıb. Yelizaveta Səmədova analıq məzuniyyətində olduğu üçün heyətə daxil edilməyib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button