Top.Mail.Ru

İDMAN

“Aberdin”in baş məşqçisi: “Belə meydanda oynamaq QƏBULEDİLMƏZDİR”

“Qarabağ”a hörmətlə yanaşırıq. Onların gücünü bilirik. Lakin bu gün belə meydanda oyun göstərmək çox çətin idi”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis cavab görüşünün fərqli olacağını bildirib: “Hər iki komandanın tamam fərqli oyun sərgiləyəcəyinə inanıram. Həm “Qarabağ”a, həm də bizə meydan amili təsir etdi. Bu, oyunçuların zədələnməsinə şərait yaradır. Növbəti həftə oyun fərqli olacaq. Bizdə həvəskar səviyyədə olan komandaların meydanı bu cür olur. Belə meydanda oynamaq qəbuledilməzdir. Düşünürəm ki, hər iki komanda normal ot örtüyü olan yerdə daha yaxşı oyun sərgiləyər. Rəqibə hörmət edirik. Onlar səfərə gələcək. Bu səbəbdən şansları hələ də bərabər hesab edirəm”.

Loading...
Yazının davamı reklamdan sonra

Qlass “Qarabağ”ı əvvəlki avrokubok matçlarında analiz etdiklərini söyləyib. Onun sözlərinə görə, bu gün daha çox atletik oyun olub: “İkinci hissədə daha yaxşı oynadıq. Qələbə qazanmaq, bərabərlik topunu vurmaq istəyirdik. Düşünürəm ki, 0:4 hesabı ilə uduza da bilərdik. Çox futbolçu sarı vərəqə aldı. Növbəti matçda 6 nömrəli oyunçunuz Patrik Andrade iştirak etməyəcək”.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 26-da olacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button