Top.Mail.Ru

İDMAN

Mahir Emreli: “Avropa Liqasında qol vurmaq mənim üçün çox VACİB İDİ”

“Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada “Slaviya” ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı hücumçu iki dəfə rəqib qapısına yol tapdıqları üçün xoşbəxt olduqlarını bildirib: “Matç son dərəcə maraqlı alındı. Varşavada qələbə qazanmaq üçün hər şeyi etməliyik”.

Loading...
Yazının davamı reklamdan sonra

Emreli Avropa Liqasında ilk dəfə fərqləndiyini sözlərinə əlavə edib: “Daha əvvəl bu turnirdə qol vurmamışam. Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi. Bugünkü qarşılaşma da eyni dərəcədə vacibdir. Qarşıda cavab görüşümüz var. Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib. Səhv etmirəmsə, “Legiya” 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq. Növbəti qarşılaşmaya yaxşı hazırlaşmaq, bugünkü oyunu təhlil etmək və nəyi səhv etdiyimizi görmək istəyirik. Hamımız bir-birimizi motivasiya etməliyik”.

Forvard Polşadakı matçın asan olmayacağını sözlərinə əlavə edib: “Bu gün oyunun necə keçdiyini gördük. Cavab görüşü də çətin olacaq. İnanıram ki, Avropa Liqasının qrup mərhələsinə yüksələ biləcəyik”.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 26-da olacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button