Top.Mail.Ru

İDMAN

“Aberdin”in baş məşqçisi: “Bakıda meydanın ot örtüyü RÜSVAYÇILIQ İDİ”

“Onun hələ də ayağı ağrıyır. Futbolçunun son durumu növbəti həftə qiymətləndiriləcək. Amma çox da yaxşı görünmür”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Bakıda “Qarabağ”a qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən Endryu Konsidaynın durumu haqqında danışarkən deyib.

45 yaşlı mütəxəssis müdafiəçinin ot örtüyündəki problem üzündən sıradan çıxdığını xatırladıb: “600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir və düşünürəm ki, onların xalqı da bununla razılaşar”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-da Şotlandiyada olacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button