Top.Mail.Ru

İDMAN

Şotlandiyalı hücumçu: “Qarabağ”ı məğlub ETMƏLİYİK”

“Növbəti həftə “Pittodri” stadionunda azarkeşlərin qarşısında geridönüş etmək üçün hazır olacağıq. Həmin qarşılaşmada fanatlara ehtiyacımız var”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” klubunun futbolçusu Konnor Maklennan “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

22 yaşlı hücumçu Bakıdakı görüşdə məğlubiyyətlə üzləşdikləri üçün məyus olduqlarını söyləyib: “Bu, dünyanın ən pis nəticəsi deyil. Artıq rəqibin səfər qolları barədə narahat olmağımıza ehtiyac yoxdur. Sadəcə, onları məğlub etməliyik. Bu matçda hədəfimiz qələbə qazanmaqdır”.

Loading...
Yazının davamı reklamdan sonra

Maklennan Tofiq Bəhramov adına Respublika stadionunun mükəmməl arena olduğunu diqqətə çatdırıb: “Buna baxmayaraq ot örtüyü indiyədək gördüklərimin içində ən pislərdən biri idi. Hamımız sona yaxın çox yorulduq. Şərtlər çətin idi. Havanın isti keçəciyini gözləyirdik. Lakin belə meydana alışmamışıq. Oyundan bir gün əvvəl məşq zamanı hiss etdik ki, buna öyrəşmək çətin olacaq”.

Şotlandiyalı forvard avrokuboklarda yola davam etmək və qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-da olacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button