Top.Mail.Ru

İDMAN

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinala YÜKSƏLİB

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

KAİM.az-ın məlumatına görə, altıncı yarış günündə Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli Vikas Vikas (Hindistan) və Firuz Mirzərəcəbova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib. Həsrət Cəfərov (67 kq) Nestori Mannila (Finlandiya), Luka Oçiqava (Gürcüstan) və Muslim İmadayevə (Rusiya) gücünü göstərərək yarımfinala adlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

72 kq-dakı Xasay Həsənli Mixael Portmanı (İsveçrə) məğlub etsə də, Giorgi Çixikvadze (Gürcüstan) ilə bacarmayıb. Murad Əhmədəliyev (82 kq) isə ilk görüşdə Saba Mamaladzeyə (Gürcüstan) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button