Top.Mail.Ru

İDMAN

Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan KƏNARLAŞDIRILIB

Azərbaycanın paracüdoçusu Ramil Qasımov Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.

Milli Paralimpiya Komitəsindən KAİM.aza verilən məlumata görə, 40 yaşlı idmançıdan götürülmüş koronavirus testi müsbət nəticələnib.

Paralimpiya çempionunun təkrar test nümunəsi də pozitiv çıxdığı üçün o, Tokioda karantinə alınıb və yarışdan kənarlaşdırılıb. Qasımov karantin rejimi bitdikdən sonra Bakıya qayıdacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə test nümunəsi neqativ çıxsa da, onlar yüngül karantin rejiminə yerləşdirilib. Cüdoçulardan gündəlik test nümunələri götürüləcək.

Həmin idmançıların açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 11 cüdoçu arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya çempionu Oloxan Musayev olacaq.

Qeyd edək ki, Ramil Qasımov 2016-cı ildə Rio paralimpiadasının qalibi olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button