Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: “Araz Naxçıvan” ilk görüşdə rəqibini DARMADAĞIN EDİB

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.

KAİM.az-ın məlumatına görə, son ölkə çempionu F qrupundakı ilk oyununda Cəbəllütariqin “Europa” kollektivi ilə üz-üzə gəlib.

Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button