Top.Mail.Ru

İDMAN

Azərbaycan Premyer Liqası: “Sumqayıt” qələbə qazanaraq liderliyini QORUYUB

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

KAİM.az-ın məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Sabah”ı qəbul edib.

“Kapital Bank Arena”da keçirilmiş qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.

Loading...
Yazının davamı reklamdan sonra

İki turdan sonra maksimum nəticə göstərən “Sumqayıt” xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan “Sabah” 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Keşlə”ni 2:1 hesabı ilə üstələyib. Tura avqustun 22-də keçiriləcək “Zirə” – “Neftçi” və “Qarabağ” – “Səbail” matçları ilə yekun vurulacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button