Top.Mail.Ru

İDMAN

Messi Bekhemin klubu ilə danışıqlar APARIR

Fransa PSJ-sinin futbolçusu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubu ilə danışıqlar aparır.

KAİM.az-ın “Mirror” nəşrinə istinadən məlumatına görə, Devid Bekhem argentinalı hücumçunun karyerasını bitirməmişdən əvvəl özünün komandasında oynamasını istəyir. Bu məqsədlə Bekhem Messi ilə danışıb. 34 yaşlı forvardın bu yaxınlarda Mayamidə bir neçə ev aldığı bildirilir.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən İspaniyanın “Barselona” komandasında oynayıb. Onun bu ilin iyununda başa çatan sözləşməsi uzadılmayıb. Avqustun 10-da Messi PSJ ilə sonradan daha bir mövsüm uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlayıb. //Report

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button