Top.Mail.Ru

İDMAN

İtaliyanın tanınmış klubu fəaliyyətini DAYANDIRIB

İtaliyanın “Kyevo” klubu fəaliyyətini dayandırıb.

KAİM.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, əvvəllər A Seriyasında çıxış etmiş Verona təmsilçisi D Seriyasında iştirak üçün ərizə verə bilməyib. Sənəd qəbulu üçün son müddət avqustun 24-dəkdir.

“Kyevo” ötən mövsümün yekununda maliyyə pozuntuları ilə əlaqədar B Seriyasından kənarlaşdırılıb. Klub bu mövsüm D Seriyasında çıxış etmək istəsə də, maliyyə təminatı olmadığı üçün müvafiq sənədləri təqdim edə bilməyib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, 1929-cu ildə təsis olunmuş “Kyevo” 2001-ci ildə ilk dəfə İtaliya A Seriyasına yüksəlib. Debüt mövsümündə 5-ci yeri tutmuş “sarı-göylər” bundan 4 mövsüm sonra tarixinin ən yüksək nəticəsi olan 4-cü yeri tutaraq, 2006/2007 mövsümündə Çempionlar Liqasında debüt edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button