Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: “Araz-Naxçıvan” Finlandiya klubu ilə heç-heçə edib

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.

KAİM.az-ın məlumatına görə, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində və monteneqrolu hakim Drazen Vukçeviç idarə etdiyi qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos, və Amir Şojaei vurublar.

Loading...
Yazının davamı reklamdan sonra

Çempionlar Liqası

İlkin mərhələ

F qrupu

“Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan” – 4:4

Qollar: Macedo Bazilyo, 12”15”; 29″56″. Yere İntala, 12”40”. Sergey Korsunov, 21”37″ – Xətai Bağırov, 6”21”, Emanuel Rodriges, 7”22”. Pereyra Qonsalveş Dos Santos, 15”49”. Amir Şojaei, 33″00″

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button