Top.Mail.Ru

İDMAN

Azərbaycan millisinin aparıcı voleybolçusu ZƏDƏLƏNİB

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin kapitanı Ayşən Abdulazimova zədələnib.

Federasiyadan KAİM.az-a verilən məlumata görə, 29 yaşlı voleybolçu Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının F qrupunun II tur matçında belindən xəsarət alıb.

Müayinə zamanı bel əzələsinin dartıldığı üzə çıxan təcrübəli blokçuya həkimlər bir neçə günlük müalicə təyin ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Abdulazimova bu səbəbdən Rusiya ilə III tur oyununu buraxıb. Sözügedən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button