Top.Mail.Ru

İDMAN

Qurban Qurbanov: “Vacib 3 xal QAZANDIQ”

“Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik”.

KAİM.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə proqramda oyunlara hazırlaşmaq asan deyil: “Birinin zədəsi olur, biri yorulur və s. Amma düşünürəm ki, qarşıda tam formalarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram”.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button