Top.Mail.Ru

İDMAN

“Səbail”in baş məşqçisi: “Qarabağ”ın ustalıq səviyyəsi ÖZÜNÜ GÖSTƏRDİ”

“Qarabağ”ı təbrik edirəm, Konfrans Liqası oyununda uğurlar arzulayıram. Matçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox”.

KAİM.az-ın məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev səfərdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi: “İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Amma yaxaladığımız qol epizodları da var idi. Bu gün daha güclü komanda qalib gəldi”.

Loading...
Yazının davamı reklamdan sonra

Hacıyev matçın komandası üçün ağır keçdiyini söyləyib: “Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button