Top.Mail.Ru

İDMAN

Fransa çempionatındakı münaqişəyə görə 3 yeniyetmə SAXLANILIB

Fransa Liqa 1-in III turunda “Marsel” və “Nitsa” komandaları arasında oyunda baş vermiş insident zamanı 3 yeniyetmə polis tərəfindən saxlanılıb.

KAİM.az BFM telekanalına istinadən xəbər verir ki, onlarla bağlı yerində protokol tərtib edilib, həmin şəxslər axşam evlərinə göndərilib.

Nitsa prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar. Münaqişə “Marsel”in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli fanatlar meydana girib. Matç futbolçularla azarkeşlərin kütləvi davasına görə yarımçıq dayandırılıb. Həmin vaxt “Nitsa” 1:0 hesabı ilə öndə olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button