Top.Mail.Ru

İDMAN

Tokio-2020: İlqar Rəhimov atletlər kəndində idmançılarla GÖRÜŞÜB

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və komitənin baş katibi Kamal Məmmədov Tokioda yerləşən atletlər kəndinə gələrək idmançılarla görüşüblər.

MPK-dan KAİM.az-a verilən məlumata görə, görüş zamanı Rəhimov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb. Komitə rəhbərliyi idmançılara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları 24 avqust – 5 sentyabrda baş tutacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button