Top.Mail.Ru

İDMAN

Triatlon yarışında Azərbaycan idmançıları inanılmaz nəticələr göstərdilər

7-8 avqust tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində Ironman seriyasından olan tam və yarım məsafə triatlon yarışlarının növbəti mərhələsi baş tutub. Yarışda Azərbaycanı Triterra və Alfa klublarından olan 14 idmançı təmsil edib.

KAİM.az xəbər verir ki, həm peşəkar, həm də həvəs⁹kar idmançıların iştirak etdiyi bu yarışda Kamil Əliyev, Səbuhi Səfərov, Serqan Abasov, Vüqar Salahov və Fariz Məmmədov ilk dəfə, Aleksandr Mordasov, Aydın Kərimov və Firdovsi Kərimov isə növbəti dəfə tam məsafəni uğurla başa vuraraq Ironman (Dəmir Adam) adına layiq görülüb. Belə ki, tam məsafə üzrə iştirakçılar mərhələ keçməli – açıq suda 3,8 km üzməli, velosipedlə 180 km məsafə qət etməli və 42 km qaçmalıdırlar.

Yarım məsafə üzrə isə Fəxri Əkbərov, Azər Mirtəqavi, Togrul Məmmədov, Tamerlan Ələkbərov, Teymur Fərəcov ilk dəfə, Aleks Parxomovski isə növbəti dəfə yarışı uğurla başa vurublar. Burada isə iştirakçılar, müvafiq olaraq, tam məsafə yarışındakı hər bir mərhələ üzrə yarım məsafəni başa çatdırmalıdırlar.

Loading...
Yazının davamı reklamdan sonra

Yarışdakı yüksək nəticələrinə görə Aleksandr Mordasov Konada (Havay adası) keçiriləcək tam məsafə Ironman Dünya Çempionatına, Toğrul Məmmədov isə Yeni Zelandiyada keçiriləcək yarım məsafə Ironman Dünya Çempionatına vəsiqə qazanıblar.

VİDEO: https://www.youtube.com/watch?v=OEz96tDvDzI

“Triterra Bakı” Triatlon Klubu 2017-ci ildə Azərbaycanda Ironman adına layiq görülmüş ikinci şəxs olan Rüfət Həsənov tərəfindən təsis edilib. Klubun yaradılmasında məqsəd Azərbaycanda triatlon idman növünün inkişafı və yeni Dəmir Adamların yetişdirilməsidir. Triatlon idman növü böyük hədəfləri olan uğurlu insanları bir araya yığan, eləcə də, ciddi hazırlıq, motivasiya, yüksək enerji aşılayan bir dəyərdir.

2018-ci ildən etibarən PMD Group şirkəti öz əməkdaşları və cəmiyyət arasında sağlam həyat tərzi və idmanı təbliğ etmək üçün Triterra Bakı Triatlon Klubunun fəaliyyətini hərtərəfli dəstəkləyir və təsadüfi deyil ki, Tallində keçirilən yarışda iştirak etmiş Kamil Əliyev və Fəxri Əkbərov məhz “PMD Group”un əməkdaşlarıdır.

Həmçinin, qadınlar arasında da triatlon yarışına marağı artırmaq üçün 2021-ci ildə “Pasha Bank” və “Triterra Bakı” Triatlon Klubu yeni layihəyə start verib və Azərbaycanda ilk Ironwoman adına layiq görüləcək xanıma yüksək mükafat təyin edilib.

İnternet səhifəsi: triterra.az

Facebook: www.facebook.com/bakutriathlonclub

İnstagram: www.instagram.com/triterra.az
Youtube: https://www.youtube.com/channel/UCGW4weBYd1yUY7FCS0BUG9g

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button