Top.Mail.Ru

İDMAN

Funso Oyo: “Klub prezidenti “Qarabağ”la oyunda yaxşı NƏTİCƏ İSTƏYİR”

“Son olaraq 14 il əvvəl avrokubokların qrup mərhələsində oynamışıq. Bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq nəticədən məmnunuq”.

KAİM.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın “Aberdin” komandasının futbolçusu Funso Oyo evdə “Qarabağ”a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl “Eveningexpress”ə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Bakıdakı ilk matçda havanın çox isti olduğunu bildirib: “Meydanın da durumu bərbad idi. Rəqib yaxşı komandadır. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Tribunalarda izdiham olacaq. İstedadımızı ortaya qoyaraq nəticə qazana biləcəyimizi düşünürəm”.

Loading...
Yazının davamı reklamdan sonra

Oyonun sözlərinə görə, klub prezidenti və azarkeşlər onlardan yaxşı nəticə istəyir.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” matçı saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button