İDMAN
Ukrayna prezidenti Andrey Şevçenkonu mükafatlandırıb

Ukrayna prezidenti Vladimir Zelenski futbol üzrə millinin sabiq baş məşqçisi Andrey Şevçenkonu mükafatlandırıb.
“Report”un məlumatına görə, ölkə başçısı 45 yaşlı mütəxəssisə 5-ci dərəcəli Yaroslav Mudrı ordenini təqdim edib.
Qeyd edək ki, 2016-cı ildə baş məşqçi təyin edilən Andrey Şevçenko avqustun 1-də yığma ilə yollarını ayırıb. Komanda onun rəhbərliyi altında AVRO-2020-də 1/4 finala yüksəlib.
Loading...
Yazının davamı reklamdan sonra
Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.
Mənbə
KAİM.az