Top.Mail.Ru

İDMAN

Tokio-2020: Yay Paralimpiya Oyunlarının açılış mərasimi başlayıb

Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi başlayıb.

“Report”un məlumatına görə, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

Açılışda Azərbaycandan 19 nəfərlik heyət iştirak edir. Nümayəndə heyəti açılış mərasimindəki paradda 4-cü keçəcək. Dövlət bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq. Azərbaycanın 35 paralimpiyaçısı qüvvəsini sınayacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button