Top.Mail.Ru

İDMAN

Eriksenin həyatını xilas edənlərə UEFA Prezidenti Mükafatı VERİLƏCƏK

Danimarka millisinin həkimləri və kapitanı Simon Kyaer UEFA Prezidenti Mükafatı alacaqlar.

KAİM.az xəbər verir ki, buna onların Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas etmələri səbəb olub.

Qurumun prezidenti Aleksander Çeferin sözügedən şəxsləri AVRO-2020-nin əsl qəhrəmanları olaraq xarakterizə edib: “Onlara UEFA prezidenti mükafatını təqdim etməkdən qürur duyuram. Bu ilki Prezident Mükafatı futboldan kənara çıxdı. Bu, həyatın nə qədər qiymətli olduğunu göstərməyə xidmət edir. Sağalmaqda olan Kristian Eriksenə və ailəsinə ən xoş arzularımı çatdırmaq istərdim”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.

Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 – 2013-cü illərdə “Ayaks”ın formasını geyinib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button