İDMAN
Azərbaycanın voleybol millisi Serbiyaya uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.
KAİM.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatı
Loading...
Yazının davamı reklamdan sonra
A qrupu
22:00. Azərbaycan – Serbiya – 0:3 (17:25, 20:25, 19:25)
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk üç oyununda Belçika, Bosniya və Herseqovina və Rusiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu – 6-cı pillədə qərarlaşıb.
Mənbə
KAİM.az