Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: Üç komanda qrup mərhələsinə vəsiqə qazanıb

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab matçlarına start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

PSV Niderlandda Portuqaliyanın “Benfika” komandasının müqavimətini qırmağa çalışıb. Lakin görüş qolsuz başa çatdığından evdəki ilk matçda 2:1 hesablı qələbə qazanan Lissabon təmsilçisi qrupa düşüb.

Loading...
Yazının davamı reklamdan sonra

Bolqarıstanda İsveç “Malmö”sü ilə üz-üzə gələn “Lüdoqorets” 2:1 hesablı qələbəyə baxmayaraq, ÇL-də mübarizəni dayandırıb.

İsveçrə “Yanq Boyz”u isə Macarıstanda “Ferentsvaroş”a qalib gəlib – 3:2. Bu nəticə ilk oyunda da eyni hesablı qələbə qazanan qonaqları qrup mərhələsinə yüksəldib.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PSV (Niderland) – “Benfika” (Portuqaliya) – 0:0

Qırmızı vərəqə: Lukas Verissimo, 32 (“Benfika”)

İlk oyun – 1:2

23:00. “Lüdoqorets” (Bolqarıstan) – “Malmö” (İsveç) – 2:1

Qollar: Anton Nedyalkov, 10, Pieros Sotiriu, 60 (penalti) – Velko Birmançeviç, 42

İlk oyun – 0:2

23:00. “Ferentsvaroş” (Macarıstan) – “Yanq Boyz” (İsveçrə) – 2:3

Qollar: Henri Vinqo, 18, Sami Mey, 27 – Sedrik Zesiger, 4, Kristian Fassnaxt, 56, Feliks Mambimbi, 90+3

Qırmızı vərəqə: Aissa Layduni, 64 (“Ferentsvaroş”)

İlk oyun – 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları bu gün gerçəkləşəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button